Mask Space X və X-i köçürür - SƏBƏB
    • 17-07-2024, 13:38
    • 190

Mask Space X və X-i köçürür - SƏBƏB

ABŞ milyarderi İlon Mask  "X"-in baş ofisini San Fransiskodan köçürüləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, o, kosmik nəqliyyat şirkəti SpaceX və sosial media platforması X-in ofislərini Kaliforniyadan Texasa köçürmək qərarına gəlib.

Qeyd edilib ki, Kaliforniya ştatının Demokrat qubernatoru Gavin Newsom tərəfindən son vaxtlar qəbul edilən bəzi qanunlar Respublikaçı kimliyi və ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləməsi ilə tanınan Maskın bu qərarı verməsində təsirli olub.

Günel Məlikzadə