"Wattpad" niyə açılmır?
    • 17-07-2024, 23:50
    • 328

"Wattpad" niyə açılmır?

2006-cı ildə Kanadanın Toronto şəhərində qurulan və qısa zamanda populyarlığını artıraraq dünyaya yayılan hekayə və şeir paylaşma platforması Wattpad, giriş bloku xəbərləri ilə gündəmə gəlib. İstifadəçilərin öz hekayələrini yazıb yayımlamasına imkan verən sosial platforma olan Wattpad Ankara 10-cu Sülh Cəza Məhkəməsinin qərarı ilə Türkiyədə bağlanıb.

News24.az xəbər verir ki, BTK-nın (İnformasiya Texnologiyaları və Rabitə Qurumunun) saytındakı açıqlama belədir:

"Wattpad.com Ankara 10-cu Sülh Cəza Hakimliyinin 12/07/2024-cü il tarixli və 2024/6507 D.İş saylı qərarı ilə girişi bloklanıb".

Günel Məlikzadə