TFF prezidenti bəlli olur: Büyükekşi, yoxsa Hacıosmanoğlu?
    • 18-07-2024, 13:40
    • 302

TFF prezidenti bəlli olur: Büyükekşi, yoxsa Hacıosmanoğlu?

Türkiyə Futbol Federasiyası yeni prezidentini seçir.

News24.az xəbər verir ki, Ankarada Adi Maliyyə və Seçki Baş Assambleyası keçirilir.

Mehmet Büyükekşi və İbrahim Hacıosmanoğlunun yarışdığı seçkidə 321 nümayəndə səsvermə hüququna malik olub.

Bununla belə qurultaya 274 nümayəndə qatılıb.

Daha sonra Şura sədrinin seçkisi keçirilib. Mehmet Baykan TFF Şurasının İdarə Heyətinin sədri seçilib. Murat Sancak 84, Mehmet Baykan isə 146 səs toplayıb.

Bildirək ki, yeni seçilmiş federasiya prezidenti 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

Seçkiləri UEFA və FİFA nümayəndələri də izləyir.


Günel Məlikzadə