Bu ərazidə qaz təchizatında fasilə yaranacaq
    • Bu gün, 10:00
    • 59

Bu ərazidə qaz təchizatında fasilə yaranacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan News24.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.