Bakının bu ərazlirəndə su olmayacaq
    • Bu gün, 10:10
    • 99

Bakının bu ərazlirəndə su olmayacaq

Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir.

News24.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı iki nöqtədə birləşmə işləri görüləcək.

Birləşmə işləri səhər saat 08:00 da başlanacaq, 17:00 da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa, köhnə xəttlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır.