“Putinin jurnalisti” peşə birliyindən QOVULDU
    • Bu gün, 20:26
    • 75

“Putinin jurnalisti” peşə birliyindən QOVULDU


Almaniyadan olan jurnalist Hubert Zaypel əvvəllər Rusiyadan qonorar aldığına görə Araşdırmaçı Jurnalistlər İttifaqından xaric edilib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Netzwerk Recherche” jurnalist birliyi “Putinin jurnalisti və bioqrafı” Hubert Zaypeli öz sıralarından xaric edib.

2023-cü ilin noyabrında media Zaypelin Rusiyadan sponsorluq pulu aldığını yazıb. Onun çalışdığı NDR teleradio şirkəti ilkin olaraq filmlərin istehsalı ilə bağlı müqavilələr bağlanarkən jurnalist işinin elə həyata keçirilməsini tələb edirdi ki, üçüncü tərəfin təsirindən azad olsun.

Əvvəllər Almaniyada Hubert Zaypelin Rusiya prezidenti haqqında iki kitabı nəşr olunub: “Putin Gücün Məntiqi” (Putin. Innenansichten der Macht, 2015) və “Putin's Power Europe Needs Russia” (Putins Macht. Warum Europa Russland braucht , 2021).

“Der Spiegel” nəşri və ZDF televiziya kanalı iddia edir ki, 2018-ci ilin mart ayında Zaypel Rusiya ilə ümumi məbləği 600 min avro olan sponsorluq müqaviləsi imzalayıb:

“Söhbət “Putinin gücü. Avropanın Rusiyaya niyə ehtiyacı var” əsərindən gedirdi. Sponsor sahibkar Aleksey Mordaşovun nəzarətində olduğu iddia edilən ofşor şirkət olub”.

ZDF həmçinin iddia edir ki, jurnalist hələ 2013-cü ildə analoji müqavilə imzalayıb - Putin haqqında ilk kitabı yazmaq üçün.

2023-cü il noyabrın 14-də “Hoffmann und Campe” nəşriyyatı Zaypelin Rusiya prezidenti haqqında yazdığı kitabların satışını dayandırıb. Hubert Zaypel 2012-ci ildə ARD televiziya və radio şirkəti üçün Rusiya lideri haqqında sənədli film çəkib. 2014-cü ildə o, Putindən müsahibə alıb.