Rusiyadan açıqlama: Səbirli olmaq və diqqətlə izləmək lazımdır
    • 22-07-2024, 09:33
    • 183

Rusiyadan açıqlama: Səbirli olmaq və diqqətlə izləmək lazımdır

ABŞ prezidenti Co Baydenin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsindən sonra ilk açıqlama Rusiyadan gəlib.

News24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib:

"Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmaq və baş verənləri diqqətlə izləmək lazımdır".

Rusiya-Ukrayna müharibəsinə də toxunan Peskov, “Bizim üçün prioritet xüsusi hərbi əməliyyatdır” deyib.

Peskov həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Baydeni Rusiyanın üstünlük verəcəyi proqnozlaşdırıla bilən namizəd kimi təsvir edib.

Günel Məlikzadə