"Sabah"ın sabiq üzvü Kambocada oynayacaq
    • 22-07-2024, 20:35
    • 269

"Sabah"ın sabiq üzvü Kambocada oynayacaq

“Sabah”ın sabiq futbolçusu Mixeil Erqemlidze karyerasını Kambocada davam etdirəcək.

News24.az qol.az-a istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu ölkənin "Kirivonq” klubna keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Erqemlidze 2021-2022 mövsümündə “Sabah”a çıxış edib. “Kəpəz”də də icarə əsasında oynamış gürcüstanlı futbolçu  Azərbaycanı tərk etdikdən sonra “Brera”(Şimali Makedoniya” və “Betlemi”də(Gürcüstan) komandalarında çıxış edib.