"Harris ABŞ-Rusiya münasibətlərinə töhfə vermədi"
    • 22-07-2024, 21:40
    • 154

"Harris ABŞ-Rusiya münasibətlərinə töhfə vermədi"

Moskva Co Baydenin ABŞ prezidentlik yarışından geri çəkilməsi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, "Baydenin qərarı ABŞ seçiciləri üçün prioritetdir, lakin Rusiya üçün deyil" dedi.

Peskov, Rusiya prezidenti Vladimir Putinlə Demokratların mümkün yeni namizədi Kalama Harris arasında hər hansı bir təması xatırlamadığını deyib və əlavə edib: “Vaşinqtonla münasibətlərimizdəki son təcrübələrimiz bizə heç nəyə təəccüblənməməyi öyrətdi”.

Harrisin indiyə qədər ABŞ-Rusiya münasibətlərinə heç bir töhfə vermədiyini ifadə edən Peskov, Baydenin qərarına təəccüblənmədiklərini ifadə edərək, Kreml-ABŞ əlaqələrinin tarixin ən pis dövrünü yaşadığını qeyd edib.

O bildirib ki, iki ölkə arasında münasibətlərin gələcəyi çox önəmlidir.

Xatırladaq ki, Baydenin geri çəkilmə qərarından sonra Kreml tərəfindən verilən ilk açıqlamada, “Biz səbirli olmalı və baş verənləri diqqətlə izləməliyik” deyilmişdi.

Peskov həmçinin bildirib ki, Putin Baydeni Rusiyanın üstünlük verəcəyi proqnozlaşdırıla bilən namizəd kimi təsvir edib.

Günel Məlikzadə