Yemək qarşılığında görün nəyə məcbur edilirlər
    • 22-07-2024, 21:50
    • 190

Yemək qarşılığında görün nəyə məcbur edilirlər

Sudanda davam edən müharibədən qurtula bilməyən iyirmidən çox qadın dəhşətli etiraf ediblər. Onlar ordu adamları ilə cinsi əlaqədə olmağın ailələrini yaşatmaq üçün ərzaq və ya mal əldə edə bilmələrinin yeganə yolu olduğunu deyiblər.

News24.az xəbər verir ki, qadınlar hücumların əksəriyyətinin şəhərin ən çox ərzaq olan “fabrik sahəsi”ndə baş verdiyini bildiriblər.

Zərərçəkənlərdən biri yaşlı valideynləri və 18 yaşlı qızı üçün yemək almaqdan ötrü əsgərlərlə cinsi əlaqədə olmaqdan başqa çarəsinin olmadığını deyib.

Günel Məlikzadə