"ABŞ-da kimin prezident olması bizim üçün önəmli deyil"
    • 22-07-2024, 23:59
    • 435

"ABŞ-da kimin prezident olması bizim üçün önəmli deyil"

İran Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kenani ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.

News24.az xəbər verir ki, razılaşma tərəflərinin öhdəliklərinə qayıtması halında nüvə sazişinin yenidən həyata keçirilməsinin mümkün olduğunu bildirən Kenani, “İran müqavilədəki bütün öhdəliklərinə əməl edən tərəfdir və digər tərəflər də bu öhdəliklərə əməl etməlidir" dedi.

Sözçüsü Kenani ABŞ prezidenti Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı bunları qeyd edib:

"ABŞ-da hökumətlərin və ya şəxslərin gəlib-getməsi bizim üçün önəmli deyil. Burada həlledici olan ABŞ-ın İrana qarşı düşmənçilik siyasətidir. Bu siyasətlərdə köklü dəyişiklik münasibətlərin gedişatını dəyişə bilər".


Günel Məlikzadə