İran israilli milyarderin gəmisini ələ keçirdi
    • 15-04-2024, 21:12
    • 282

İran israilli milyarderin gəmisini ələ keçirdi

Aprelin 13-də Hörmüz boğazı yaxınlığında İran İnqilab Keşikçiləri Korpusu tərəfindən ələ keçirilən Portuqaliya bayraqlı “MSC Aries” konteyner gəmisindən hələ də xəbər yoxdur.

News24.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani bu gün gəmidə əməliyyatın səbəbi ilə bağlı açıqlama verib.

Kenani deyib ki, MSC Aries "dəniz qanunlarını pozması" və İran rəsmiləri tərəfindən edilən çağırışlara cavab verməməsi nəticəsində İranın ərazi sularına yönəldilib. Daha sonra isə gəmi ələ keçirilib.

Qeyd edək ki, Gəmini idarə edən MSC şirkətindən verilən açıqlamada İranın gəmini ələ keçirdiyi və 25 heyətin təhlükəsiz geri qayıtması üçün səylərin davam etdiyi təsdiqlənib.

Məlumdur ki, MSC Aries israilli milyarder iş adamı Eyal Oferə məxsus Zodiac Group-a məxsusdur.

Günel Məlikzadə