İmran Xanın həbs müddəti uzadıldı
    • 23-07-2024, 08:33
    • 163

İmran Xanın həbs müddəti uzadıldı


Pakistanın Maliyyə Məhkəməsi keçmiş baş nazir və "Təhrik-e-İnsaf" müxalifət partiyasının qurucusu İmran Xan ilə həyat yoldaşı Buşra Bibinin "zinət əşyalarını mənimsəmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" ittihamı üzrə istintaqı davam etdirmək qərarına gəlib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunun üçün üçün həbs müddəti 7 gün uzadılıb.

Həbs müddətinin uzadılması hər iki təqsirləndirilən şəxsin iştirakı ilə elan edilib.

Qeyd edək ki, İmran Xan bu ilin əvvəlində məhkəmələrin çıxardığı iki mühakimə hökmündən sonra həbs cəzası çəkir.

Yanvarda siyasətçi Dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Xan və həyat yoldaşı qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm Pakistanın müxtəlif səviyyəli məhkəmələri tərəfindən etibarsız elan edilib.