Aktrisadan PİS XƏBƏR
    • 23-07-2024, 13:58
    • 700

Aktrisadan PİS XƏBƏR

Aktrisa Birce Akalay bir müddətdir sevgili olduğu həmkarı Hakan Kurtaşla gecə saatlarında tələsik Maslakdakı özəl xəstəxanaya gedib.

News24.az Habertürk-ə istinadən xəbər verir ki, iştirak etdiyi bir layihənin çəkilişləri zamanı yıxılaraq sinəsindən zədə aldığı müəyyən edilən Birce Akalayın müayinələr nəticəsində riskli bir vəziyyətdə olmadığı məlum olub.

40 yaşlı aktyor daha sonra həkimin yazdığı dərmanları qəbul etmək üçün xəstəxanadan çıxıb.

Birce Akalay jurnalistlərə "Önəmli bir vəziyyət yoxdur, çox sağ olun" dedikdən sonra maşınına minərək sevgilisi Hakan Kurtaşla oradan ayrılıb.

Məryəm İlhamqızı