TFF-də Bayram Saraldan istefa qərarı
    • 23-07-2024, 14:09
    • 339

TFF-də Bayram Saraldan istefa qərarı

TFF İdarə Heyətinin üzvü Bayram Saral vəzifəsindən istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Saralın açıqlaması belədir:

“Məsləhətçi, şəffaf idarəetmə yanaşmasının həyata keçirilməyəcəyinə dair şəxsi inancıma görə, bu dərin fikir ayrılığının qarşısını almaq üçün bu gündən etibarən TFF-nin idarə heyətinin üzvü vəzifəsindən istefa verdiyimi ictimaiyyətə bildirmək istəyirəm. TFF qurumuna və onun hazırkı rəhbərliyinə zərər verməməkdən və indiki prezidentə və idarə heyətinə böyük uğurlar arzulayıram.

Təxminən 4 aydır davam edən demokratik hüquqlar uğrunda mübarizəmizdə bizə dəstək olan bütün klub prezident və menecerlərinə, TFF nümayəndələrinə və bütün həmkarlarımıza səmimi təşəkkürümü bildirirəm və ümid edirəm ki, bizi bağışlayacaqlar”.

Günel Məlikzadə