Latın Amerikanın Osmanlı övladları: Los Turcos
    • Bu gün, 11:58
    • 87

Latın Amerikanın Osmanlı övladları: Los Turcos

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira, meksikalı aktrisa-rejissor Salma Hayek, aktyor Rikardo Darin, El Salvador prezidenti Nayib Bukele... Bu adlar “Los Turcos” olaraq təyin olunan Osmanlı İmperiyasından Latın Amerikaya köçənlərin nəvələridir.

News24.az xəbər verir ki, 1860-cı ildən Birinci Dünya Müharibəsinin sonuna qədər Osmanlı İmperiyasından Latın Amerikasına müxtəlif köç dalğaları olub. Daha yaxşı gələcək axtarışında Amerika qitəsinə köç edən mühacirlərə bölgədə “türk” mənasını verən “Los Turcos” deyirdilər.

Bu qrup həm də bölgədə “El Turco”, yəni türklər olaraq təyin olunur.

Qeyd edək ki, bu gün El Turcos nəsilləri regionun siyasətində, bürokratiya və iş dünyasında, eləcə də ticarətdə əsas vəzifələrə sahibdirlər.

Osmanlıdan köçənlərin nəvələri Argentina, Braziliya, Salvador, Dominikan Respublikası, Ekvador, Paraqvay və Braziliyada siyasətdə söz sahibi olublar.

Eyni zamanda, dünyaca məşhur el Turcolar da var. 6 Grammy mükafatının sahibi Kolumbiyalı müğənni Şakira, aktrisa, rejissor və prodüser Salma Hayek bu nümunələr arasındadır.

Günel Məlikzadə