Yüksək rütbəli zabitin maşını partladıldı: ayağı qopdu, arvadı... - VİDEO
    • Bu gün, 12:16
    • 424

Yüksək rütbəli zabitin maşını partladıldı: ayağı qopdu, arvadı... - VİDEO

Moskvada "Tayota Lənd Kruzer" (Toyota Land Cruiser) markalı avtomobil partlayıb, qadın və kişi yaralanıb.

News24.az xəbər verir ki, TASS sözügedən avtomobilin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşova məxsus olduğunu bildirib.

Qeyd edilib ki, hadisə zamanı maşında rəis müavini və xanımı olub.

Partlayış onlar avtomobilə əyləşdiyi zaman baş verib. Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi vurğulanır. A.Torqaşov partlayış nəticəsində ayağını itirib, xanımı isə qəlpə yaraları alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Partlayış nəticəsində yaxınlıqdakı 5 maşına da ziyan dəyib.