Minaya basan çoban HƏYATINI İTİRDİ
    • Bu gün, 13:25
    • 51

Minaya basan çoban HƏYATINI İTİRDİ

Hakkarinin Yüksekova rayonunun Dağlıca bölgəsindəki Sat Gölləri yaxınlığında ərazidə xırdabuynuzlu mal-qara otaran Bedrettin Düzən daha əvvəl PKK terrorçuları tərəfindən quruda yerləşdirilmiş minaya basıb. 

News24.az xəbər verir ki, partlayış nəticəsində Düzən ağır yaralanıb. 

Xəbər verildikdən sonra əraziyə qruplar göndərilib. Bölgədən helikopterlə aparılan Bedrettin Düzən Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib. 

Hakkariyə transfer edilən və burada edilən müdaxilədən sonra əməliyyat olunan Bedrettin Düzeni xilas etmək mümkün olmayıb.

Məryəm İlhamqızı