Danimarka və Hollandiya Ukraynanı
    • 25-07-2024, 11:18
    • 122

Danimarka və Hollandiya Ukraynanı "Leopard 2" ilə təmin edəcək

Danimarka və Hollandiya yayın sonuna qədər Ukraynaya 14 Leopard 2 tankı göndərmək qərarına gəliblər.

News24.az xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat verib.

“Hollandiya Danimarka ilə birlikdə Ukrayna üçün 14 Leopard 2-A4 tankı alır. Əsaslı təmirdən sonra tanklar Ukraynaya göndəriləcək. Tankların bu il təhvil verilməsi gözlənilir”, - deyə qeyd olunub.

Məlumat üçün qeyd edək ki, tankların dəyəri təxminən 165 milyon avro qiymətləndirilir.

Məryəm İlhamqızı