Qadın geyimində şəhərdə gəzdi - HƏBS OLUNDU
    • 25-07-2024, 11:25
    • 205

Qadın geyimində şəhərdə gəzdi - HƏBS OLUNDU

Özbəkistanın paytaxtı Daşkənddə kişi məhkəmənin qərarı ilə şəhərdə qadın geyimində gəzdiyinə görə 7 gün dəmir barmaqlıqlar arxasına salınıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Nova24.uz" məlumat yayıb.

Qeyd olunub ki, iyulun 23-də Bektemir rayonunda hicab və tibbi maska taxan şəxs saxlanılıb.

O, patrul xidmətinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb.

Məhkəmənin qərarına əsasən, qanun pozucusu 3,4 milyon sum (270 ABŞ dolları) məbləğində cərimə edilib və 7 sutka inzibati həbs cəzası alıb.