-
- 25-07-2024, 11:33
- 562
Netanyahu Bayden və Harrislə görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu bu gün ABŞ prezidenti Co Baydenlə görüşəcək.
News24.az xəbər verir ki, Netanyahu daha sonra vitse-prezident Kamala Harrislə ayrıca görüş keçirəcək.
İsrailin baş naziri dünən ABŞ Konqresində çıxış edib. Ona Amerika xalqı və demokrat deputatlar tərəfindən etiraz edilib.
Qeyd edək ki, Baydenin bugünkü görüşdə Qəzzada atəşkəs sazişi imzalaması üçün Netanyahuya təzyiq edəcəyi gözlənilir.
ABŞ prezidentinin Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailə hərbi və siyasi dəstəyini davam etdirməsinə baxmayaraq, iki lider arasında münasibətlər gərgin olaraq qalır. Buna səbəb kimi ABŞ-ın İsrailin Qəzza müharibəsinə münasibəti olduğu bildirilir.
Bayden deyir ki, o, vəzifəsinin son altı ayında atəşkəs və girovların azad edilməsinə dair razılaşma əldə etmək istəyir.
Bununla belə, Netanyahu dünən Konqresdəki çıxışında “Həmas üzərində tam qələbə” vəd edib.
Günel Məlikzadə