Rusiyalı turist borca görə Türkiyədən BURAXILMADI
    • 25-07-2024, 11:47
    • 170

Rusiyalı turist borca görə Türkiyədən BURAXILMADI

Rusiyalı turist, ailəsi əməliyyat üçün borcunu ödəməyənə qədər Türkiyədən vətəninə qayıda bilməz. 

News24.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Təqaüdçü iyunun 22-də nəvələri ilə birlikdə Tümendən Antalyaya uçub və oteldə qaldığı beşinci gündə infarkt keçirib. 62 yaşlı qadın xəstəxanaya yerləşdirilib və yaxınlarına bildirilib ki, xərcləri zərərçəkənin sığortası ödəyəcək.

Turistin ailəsi müalicəsini davam etdirmək üçün onu Moskvaya aparmağı qərarlaşdırıb. 

Ancaq rus qadının vəziyyəti qəflətən pisləşib və o, ürəyindən əməliyyat olunub. 

Bunun üçün xəstənin yaxınlarından  20 min dollar tələb olunub.

Artıq qohumları məbləğin bir hissəsini ödəyiblər, lakin xəstəxana hesab tamamilə bağlanana qədər xəstəni buraxmaqdan imtina edib. 

Qeyd olunur ki, sığorta şirkəti hadisəni sığortalı kimi tanımaqdan imtina edib və tibb müəssisəsinə borcun yalnız 5% -ni ödəməyə razı olub. 

Məryəm İlhamqızı