-
- 25-07-2024, 15:42
- 228
Rusiya və Çin ordularından birgə uçuş
Rusiya Müdafiə Nazirliyi Rusiya və Çinin strateji bombardmançı təyyarələrinin Çukçi və Berinq dənizlərində, Sakit Okeanın şimal hissəsində birgə hava patrulları həyata keçirdiklərini bildirib.
News24.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada bildirilib ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-95ms və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Xian H-6k” strateji bombardmançı təyyarələri Çukçi və Berinq dənizləri və Sakit Okeanın şimal hissəsi üzərində birgə hava patrulları həyata keçirib.
Açıqlamada qeyd olunub ki, uçuş zamanı Rusiya və Çin ekipajları yeni birgə əməliyyat zonasında hava patrulunun bütün mərhələlərində qarşılıqlı əlaqə problemlərini həll ediblər. Açıqlamada Rusiyanın Su-30sm və Su-35 təyyarələrinin birgə patrul uçuşuna hava dəstəyi verdiyi, Rusiya və Çin təyyarələrinin birgə uçuş müddətinin 5 saatdan çox davam etdiyi bildirilib.
Məryəm İlhamqızı