Ata və fiziki qüsurlu qızı ÖLÜ TAPILDI
    • 25-07-2024, 22:05
    • 171

Ata və fiziki qüsurlu qızı ÖLÜ TAPILDI

Kütahyanın Çavdarhisar rayonunda ata və əlil qızı ölü tapılıb.

News24.az xəbər verir ki, qızı Simge Uluyolla (24) bağça işləri üçün Meydan məhəlləsindəki bağ evinə gedən Muammer Uluyol (61) bir müddət sonra təşviş içində həyat yoldaşı Həmidə Uluyola telefonla zəng edib və ondan təcili gəlməsini istəyib.

Evə gedən Həmidə Uluyol qızı Simgeni evin bağçasında hərəkətsiz vəziyyətdə, əri Muammeri isə odunluqda kəndirlə asılmış vəziyyətdə görüb.

Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə gələn tibb və polis qrupları ata və qızın öldüyünü müəyyən ediblər.

Hadisə yeri araşdırma qruplarının ilkin təsbitlərinə görə Simgenin atası tərəfindən boğularaq öldürüldüyü, ata Muammerin isə özünü asaraq həyatına son qoyduğu vurğulanıb.

Məryəm İlhamqızı