Hollandiya Rusiyanın qaz idxalının artmasından şikayətləndi
    • Bu gün, 09:40
    • 79

Hollandiya Rusiyanın qaz idxalının artmasından şikayətləndi

Hollandiya parlamentinin bir qrup üzvü Rusiya qazının Avropa İttifaqına (Aİ) idxalının artdığını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Hollandiyalı deputatlar ölkə hökumətinə ünvanladığı məktubda Rusiya Federasiyasından Aİ-yə qaz idxalının artdığının doğru olub-olmadığını soruşublar. Parlamentarilər həmçinin sual veriblər ki, Nazirlər Kabineti Aİ ölkələrinin yenidən Rusiyadan asılı vəziyyətə düşməsindən narahatdırmı?

Hollandiyalı deputatlar onu da qeyd ediblər ki, Rusiya qazı ABŞ və digər ölkələrdən gələn mayeləşdirilmiş təbii qazdan daha ucuzdur və buna görə də Aİ dövlətləri Rusiya Federasiyasından yanacaq alternativləri üçün dayanıqlı variantlara və infrastruktura sərmayə qoymağa daha az həvəslidirlər.

Xatırladaq ki, Avropa İttifaqı ilin birinci yarısında Rusiyadan boru kəməri qazının alışını 24% artırıb.

Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirləri isə son altı ayda 68,5% artaraq 5,7 trilyon rubl təşkil edib.

Məryəm İlhamqızı