Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı
    • Bu gün, 15:09
    • 726

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı

Rusiya ordusunun yüksək vəzifəli generallarından biri olan Dmitri Bulqakov korrupsiya ittihamları ilə həbs olunub.

News24.az Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB)-ə istinadən xəbər verir ki, Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub.

Dmitri Bulqakov Rusiya ordusunun yüksək rütbəli generalıdır və 2022-ci ilin sentyabr ayında Rusiya Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib. O, Baş Qərargahın Logistika və Təchizat Departamentinin rəhbəri idi. 

Vəzifədən azad edilməsinin əsas səbəbi, Ukraynaya qarşı aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxan genişmiqyaslı logistik problemlər və mobilizasiya məsələləri ilə əlaqədar idi.

Aqil Qarayev