Qırmızı Meydanda bir nəfər YANDI
    • Bu gün, 16:00
    • 78

Qırmızı Meydanda bir nəfər YANDI

Moskvada Qırmızı Meydanda bir nəfər yanıb. 

News24.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə V.İ.Leninin məqbərəsindən bir neçə metr aralıda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxsin yanında tez alışan maye olub.

Polis sürətlə prosesə müdaxilə edərək naməlum kişini söndürüb. Ərazi mühasirəyə alınıb. Kişi xəsarət almayıb və istintaqa göndərilib.

Məryəm İlhamqızı