-
- 26-07-2024, 21:40
- 551
Böyük Britaniya Netanyahunun həbsinə verdiyi etirazı geri götürdü
İngiltərə mətbuatında çıxan xəbərlərə görə, Starmerin rəhbərlik etdiyi yeni hökumət əvvəlki hökumətin İsrailin baş naziri Binyamin Netanyahunun həbs qərarına etirazını davam etdirməyəcək.
News24.az xəbər verir ki, hökumətin qərarının ICC-nin Netanyahuya qarşı iddiasına nə etiraz, nə də təsdiq olduğunu vurğulayan sözçü, "Hökumət qanunun aliliyinə və güclər bölgüsünə güclü inanır" dedi.
Mətbuat katibi qeyd edib ki, məhkəmə müstəqil qərarlar qəbul etməlidir.
Qeyd edək ki, may ayında mövzu ilə bağlı verdiyi açıqlamada Starmer, “Məhkəmə vaxtı gələndə qərarını verə bilməlidir. Mən məhkəməni və beynəlxalq hüququ dəstəkləyirəm".
Günel Məlikzadə