-
- 10-07-2024, 15:51
- 284
Netanyahunun həbs qorxusu
İsrailin baş naziri Benyamin Netanyahu həbs olunacağından qorxduğu üçün ABŞ-a gedərkən Avropada dayanmaqdan yayınmağı düşünür.
News24.az xəbər verir ki, bu baradə İsrailin ictimai yayımı KAN məlumat yayıb.
Bu qərar Avropa ölkələrinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ona qarşı çıxardığı həbs qərarlarına uyğun hərəkət edə biləcəyi və bu, Netanyahunun səyahət planlarını çətinləşdirə biləcəyi ilə bağlı narahatlıqlardan irəli gəlir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Gallantın hərbi cinayətlərə görə həbs olunmasını istəyib.
Məhkəmə iddia edib ki, Netanyahunun hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyəti daşıdığına inanmaq üçün ağlabatan əsaslar var.
Günel Məlikzadə