"Qalatasaray" Doue Strasburqla müqavilə imzaladı
    • Dünən, 22:00
    • 52

"Qalatasaray" Doue Strasburqla müqavilə imzaladı

"Qalatasaray"ın gündəmində olan, lakin sonradan tərk edilən Quela Doue Strasburqla müqavilə imzalayıb.

News24.az xəbər verir ki, Strasburq klubundan verilən açıqlamada, "Strasburq"un sağ cinah müdafiəçisi Quela Duenin transferi üçün "Renn"lə razılığa gəldiyi bildirilib.

Açıqlamada futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Doue ötən mövsüm Renn forması ilə 35 matçda iştirak edib və 4 məhsuldar ötürmə edib.

Günel Məlikzadə