"Qalatasaray" Jelert üçün hərəkətə keçdi
    • 18-07-2024, 11:49
    • 331

"Qalatasaray" Jelert üçün hərəkətə keçdi

"Qalatasaray" "Renn"dən Quela Duenin transfer prosesinin uzanması səbəbindən Elias Jelert üçün hərəkətə keçib.

News24.az xəbər verir ki, "Qalatasaray" ona bonuslar da daxil olmaqla 10 milyon avro təklif edib.

Kopenhagenlə 2027-ci ilə qədər müqaviləsi olan 21 yaşlı sağ cinah müdafiəçisi üçün transfer danışıqları davam edir.

Qeyd edək ki, Jelert ötən mövsüm 45 matçda 1 məhsuldar ötürmə edib.

Günel Məlikzadə