![Qubada sel körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi](/uploads/posts/2024-07/quba-rustov-chay-sel.webp)
-
- Bu gün, 09:41
- 75
Qubada sel körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi
Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
News24.az Report-a istinadla xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.
Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.
Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.