Türkiyədən Yunanıstana TURİST AXINI
    • Bu gün, 11:34
    • 73

Türkiyədən Yunanıstana TURİST AXINI

Türkiyə turizm biznesinin nümayəndələri qonşu Yunanıstana turist axınının olduğunu deyiblər. 

News24.az xəbər verir ki, bu barədə “Express” yazıb.

Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Kıvanç Meriçin qeyd etdiyi kimi, Türkiyə “qiymət üstünlüyünü” itirib. Belə ki, onun hesablamalarına görə, 2024-cü ildə Yunanıstanın Samos adasına 150 minə yaxın türk gedəcəksə, 2023-cü ildə bu rəqəm 40 minə yaxın idi.

Nəticədə turizmlə bağlı bütün biznes sektorları itkilərə məruz qalıb. 

Məsələn, Türkiyənin Kuşadası kurort şəhərindəki balıq restoranının 57 yaşlı aşpazı Kaplan İlhan, biznesinin 2023-cü ilə nisbətən təxminən dörddə bir azaldığını qeyd edib.

Səbəb olaraq isə, sosial şəbəkələrdə Yunanıstanın daha ucuz olması ilə bağlı məlumatların yayılması göstərilir.

Məryəm İlhamqızı