Kim Çen İndən xilasetmə əməliyyatı - FOTO
    • Bu gün, 13:41
    • 96

Kim Çen İndən xilasetmə əməliyyatı - FOTO

Şimali Koreya ölkənin Çin sərhədinə yaxın hissələrinə təsir edən leysan yağışlarına təslim olub.

News24.az xəbər verir ki, iyulun 27-dən etibarən Sinuiju şəhəri və Phyonqan əyalətinin Uiju rayonu başda olmaqla bir çox bölgəyə rekord miqdarda yağış yağıb və Amnok çayının su səviyyəsi təhlükə həddini keçib.

Daşqınlar səbəbindən 5 min insan yaşadıqları ərazilərdə qapalı qalıb. 

Qeyd edək ki, Şimali Koreya ordusunun helikopter yardımı ilə həyata keçirdiyi xilasetmə əməliyyatına ölkə lideri Kim Çen In şəxsən rəhbərlik edib.

Xilasetmə əməliyyatından sonra Hərbi Hava Qüvvələrinin şəxsi heyətini uğurlarına görə təbrik edən Kim, helikopterlərin sel zonalarından bu qədər çox insanı xilas etməsini "inanılmaz" adlandırıb.

Bəzi şəhərlərdə sel fəsadlarının çox ciddi olduğunu bildirən Kim, insanların can və mallarının qorunmasının onların prioriteti olduğunu bildirib.

Dövlət orqanlarının qida, dərman və gündəlik ehtiyaclar da daxil olmaqla, təbii fəlakət qurbanlarına hər cür dəstəyi verməli olduğunu vurğulayan Kim, mümkün yeni fəlakətlərin qarşısını almaq üçün sürətli addımlar atmağı əmr edib.

Şiddətli yağış, daşqın və tayfun kimi fəlakətlərə qarşı tədbir görülməsinin vacibliyini dəfələrlə vurğuladığını söyləyən Kim, "Bu cür ciddi tədbirlərlə bağlı məsuliyyətsizlikləri barədə əvvəllər dəfələrlə səlahiyyətlilərə xəbərdarlıq etmişəm" dedi.


Günel Məlikzadə