Ermənistan sərhəd qoşunlarına yeni komandan təyin edildi
    • Bu gün, 11:41
    • 56

Ermənistan sərhəd qoşunlarına yeni komandan təyin edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına yeni komandan təyin edilib. 

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Prezident Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

Məlumata görə, yeni komandan Edqar Hunanyan Baş nazir Nikol Paşinyanın təklifi ilə bu vəzifəyə uyğun bilinib.

Qeyd edək ki, bundan öncə E.Hunanyan Milli Təhlükəsizlik Xidməti komandirinin birinci müavini – baş qərargah rəisi vəzifəsini tutub.