Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
    • Bu gün, 14:13
    • 66

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.

News24.az xəbər verir ki, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 147 ailə (570 nəfər) mənzillə təmin edilib.