İlham Əliyev fərman imzaladı
    • Bu gün, 13:14
    • 58

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında 28 iyun 2024-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

News24.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində fəaliyyət sferasına (maraqlarına) toxunulan və rəy alınması zəruri olan qurumların siyahısını, onlar tərəfindən verilmiş rəylərin əhatə dairəsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir.