13 terrorçu zərərsizləşdirilib
    • Bu gün, 15:50
    • 45

13 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri (TSK) sərhədyanı əməliyyatlarını davam etdirir.

News24.az xəbər verir ki, Şimali İraqın Qara və Haftanin bölgələrində həyata keçirilən hava əməliyyatında 13 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"İraqın şimalını terrorçularla məhdudlaşdırırıq. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Qara və Haftanin bölgələrində aşkarladıqları 13 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirdi. Böyük əzmlə mübarizəmizi davam etdiririk ki, soylu millətimizi terror bəlasından qurtarsın”.

Günel Məlikzadə