Günəş şüaları altında qalan sular təhlükə yarada bilər - Xəbərdarlıq
    • 1-08-2024, 22:03
    • 904

Günəş şüaları altında qalan sular təhlükə yarada bilər - Xəbərdarlıq

Suyun saxlandığı yer çox önəmlidir. Onun uzun müddət günəş altında qalması ziyanlıdır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, suyun günəşlə təmasının mənfi təsirlərindən danışan doktor Ayla Ünver Alçay bunun ciddi xəstəliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Sular uzun müddət günəşə məruz qalarsa, salmonella, şigella kimi bakteriyalar, ciddi xəstəliklərə səbəb olacaq mikroorqanizmlər çoxala bilər.

İstanbul Aydın Universiteti Qida Tətbiqi Araşdırma Mərkəzi Müdirnin müavini Ayla Ünver Alçay deyir: “Uşaqlarda endokrin pozğunluqlar, qızlarda erkən yetkinlik, hiperaktivlik, aqressiv davranış kimi problemlər yarana bilər. Bisfenol A qəbulu kişilərdə və qadınlarda reproduktiv pozğunluqlarla əlaqələndirilir".

Alçay bildirib ki, insanlar su alıb avtomobildə saxlayarkən və içərkən rahat davranırlar: "Məncə, bunun səbəb olduğu problemləri bilsələr, daha diqqətli olarlar”.

Plastik butulkaların təkrar istifadə edilməməsini vurğulayan Alçay fikirlərini belə yekunlaşdırıb: "Dondurulub ərimiş suda mikrob və ya bakteriya olmaması düşüncəsi yanlışdır. Ultrabənövşəyi şüalar altında butulkalar saxlanılmamalı və onlar təkrar-təkrar istifadə edilməməlidir”.

Alçay avtomobildə qalan, xüsusilə, uzun müddət günəş şüasına məruz qalan plastik butulkalardakı suyun sağlamlıq üçün çox zərərli olduğunu vurğulayıb.