Torpaq sürüşməsi: Ölənlər var
    • 1-08-2024, 22:10
    • 159

Torpaq sürüşməsi: Ölənlər var

“Press Trust of India” xəbər agentliyinin məlumatına görə, səlahiyyətlilər Wayanad bölgəsində dünən baş verən sürüşmə ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, buna görə səlahiyyətlilər, sürüşmələrdə həyatını itirənlərin sayının 167-yə yüksəldiyini, 200-dən çox yaralının olduğunu və itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib.

Matəm elan edilən Kerala ştatında leysan səbəbindən bölgədəki təhsil müəssisələrinin bu gün bağlanacağı açıqlanıb.

Hindistan Milli Konqres Partiyasının prezidenti Mallikarjun Kharge də Vayanaddakı sürüşmələri "milli fəlakət" kimi qiymətləndirib.

Ötən gün Kerala ştatında güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib, infrastruktura və yollara ciddi ziyan dəyib. Təbii fəlakətdən zərər çəkmiş Mundakkai və Çoralmala kəndlərində yüzlərlə ev dağılıb.

Günel Məlikzadə