Keçmiş sevgilisinin evinə bıçaqla basqın etdi
    • Bu gün, 16:54
    • 60

Keçmiş sevgilisinin evinə bıçaqla basqın etdi

İngiltərənin Bukingemşir bölgəsində yaşayan Lauren Adamson adlı qadın  ayrıldıqdan sonra Tayler Seymur adlı keçmiş sevgilisinin evinə basqın edib.

News24.az 32gun.az-a istinadən xəbər verir ki, əlində bıçaqla kişinin evinə gələn Adamson evinin qarşısında yazdığı qeydlərlə mesaj və təhdidlərini davam etdirib. Adamson evin qapısının altına "Mən harda yaşadığını, harada işlədiyini və ünvanını bilirəm. Səni öldürməyə gələcəm" yazılı kağız göndərib. 

Xəbərdə bildirilir ki, ayrılmaq qərarına gəldiyi keçmiş sevgilisinin üçlü şəkildə cinsi münasibət təklifini rədd etdiyi üçün onun evinə bıçaqla girib. 

Adamson həbsindən sonra hətta girov şərtlərini pozdu və dəhşətə gələn keçmiş sevgilisini təqib etməyə davam etdi. O, indi 13 aydır həbsdədir və təqib, bıçaq saxlamaq və ölümlə hədələməkdə təqsirli bilinərək onun barəsində başqa yerə getməmək barədə qərar verilib.