Göbələk yedilər, zəhərləndilər..
    • Bu gün, 16:54
    • 79

Göbələk yedilər, zəhərləndilər..

Ərzurumda çöldən yığılmış göbələk yeyib, zəhərlənən 4 nəfər xəstəxanada müalicə olunub.

News24.az TRT-yə istinadən xəbər verir ki, 4 uşaq atası Hüseyn Çiydem, gəlin və qayınana M.İ. və G.İ. və B.G evdə təbiətdən topladığı göbələkləri bişirib, yedikdən sonra ürəkbulanma və ishal şikayətləri ilə 112 Təcili Zəng Mərkəzinə zəng edərək kömək istəyiblər.

Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan 4 nəfər təcili reanimasiya şöbəsində müalicə olunub.

Təxminən 3 gündür müalicəsi davam edən və həyati təhlükəsi olmayan xəstələr bir müddət müşahidə altında qaldıqdan sonra evə buraxılacaq.

Günel Məlikzadə