Göbələk faciəsi: 3 ailənin üzvləri xəstəxanalıq oldu
    • Dünən, 21:43
    • 58

Göbələk faciəsi: 3 ailənin üzvləri xəstəxanalıq oldu

Türkiyənin Ərzurum şəhərində 3 ailədən 12 nəfər yedikləri göbələkdən zəhərlənib.

News24.az Medicina.az-a istinadla xəbər verir ki, onlar dərhal xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Məlumata görə, hadisə Yakutiye rayonunun Şükrüpaşa səmtində meydana gəlib. Belə ki, küçə satıcısından aldıqları göbələkləri yeyən 3 ailənin üzvlərinin halı gecə yarısı pisləşib. Onlardan 9-u qadın, 3-ü kişidir.

Atatürk Universiteti Təcili Tibb Fakültəsinin doktoru Mövlana Gül son zamanlar göbələk zəhərlənməsi ilə tez-tez qarşılaşdıqlarını bildirib.