Rusiya ABŞ müxbiri azad edəcək?
    • Bu gün, 17:19
    • 52

Rusiya ABŞ müxbiri azad edəcək?

ABŞ mətbuatında yer alan xəbərlərə görə, “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç və keçmiş dəniz piyadası Pol Uilanın Rusiya tərəfindən genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində azad ediləcəyi gözlənilir.

News24.az xəbər verir ki, planlaşdırılan mübadilədən xəbərdar olan mənbələr Britaniyanın The Guardian qəzetinə təsdiqləyiblər ki, cümə axşamı Rusiyadan kənarda böyük bir mübadilə baş tutacaq.

Rusiya səlahiyyətliləri tərəfindən casusluqda ittiham edilən Gerşkoviç və keçmiş ABŞ dəniz piyadası Pol Uilanın bu xəbər mətbuata sızmadan əvvəl sərbəst buraxılaraq Rusiyadan kənar bir yerə köçürüləcəyi güman edilir.

İddia edilir ki, bu mübadilə siyasi məhbusların azadlığa buraxılması ilə yanaşı, casusluq, qətl və digər cinayətlərə görə Qərbdə həbsdə olan bir çox rusiyalının Rusiyaya ekstradisiyasını da əhatə edəcək.

Günel Məlikzadə