Putindən Navalninin ölümü ilə bağlı ilk açıqlama
    • 18-03-2024, 12:03
    • 140

Putindən Navalninin ölümü ilə bağlı ilk açıqlama

Rusiya prezidenti Vladimir Putin ötən ay həbsxanada ölməzdən əvvəl müxalifət lideri Aleksey Navalnının iştirakı ilə məhbus mübadiləsinə razılaşdığını iddia edib.

News24.az xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəldikdən sonra Moskvanın mərkəzində çıxış edən Putin, ölümündən bir neçə gün əvvəl Navalninin mübadilə razılaşması çərçivəsində azadlığa buraxılması təklifi aldığını bildirib.

Müxalifət liderinin ölümü ilə bağlı Putin “Mənimlə danışan şəxs hələ cümləsini bitirməmişdi və mən razılaşdığımı bildirdim. Amma təəssüf ki, olan oldu".

Putin ölümündən sonra ilk dəfə idi ki, Navalnıya münasibət bildirib və bunu “kədərli hadisə” kimi qiymətləndirib.

Günel Məlikzadə