Ukraynaya məxsus PUA Donetskdə bazarı VURDU
    • Bu gün, 14:01
    • 58

Ukraynaya məxsus PUA Donetskdə bazarı VURDU

Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparatın Donetskdə bazara hücumu nəticəsində 6 mülki şəxs yaralanıb.

News24.az xəbər verir ki, RİA Novosti müxbirinin verdiyi məlumata görə, hadisə Donetskin Kirovski rayonundakı bazarın ticarət meydançalarının yanındakı yolda baş verib. 

Zərbə yerində partlayış krateri və çoxlu qan izləri görünüb.

Hadisə şahidinin agentliyə verdiyi məlumata görə, altı nəfərin hamısı müxtəlif dərəcəli xəsarətlər alıb. Bazarın dükanlarından birində mağaza satıcısı təsdiqləyib ki, ərazi mütəmadi olaraq pilotsuz təyyarələrin hücumlarına məruz qalır və zərbələr çox vaxt mülki şəxsləri hədəf alır.


Məryəm İlhamqızı