House of the Dragon 2-ci sezon finalı "sızdırıldı"
    • Bu gün, 16:05
    • 53

House of the Dragon 2-ci sezon finalı "sızdırıldı"

Game of Thrones serialının davamı olan və izlənmə rekordu qıran House Of The Dragon serialının ikinci sezon finalı yayılıb.

News24.az xəbər verir ki, avqustun 4-də yayımlanması planlaşdırılan mövsümün finalı TikTok-da yeni açılan hesaba yüklənib. Yüklənən klipin serialın təxminən 30 dəqiqəsini əhatə etdiyi açıqlanıb.

HBO-nun açıqlamasında belə deyilir: "Biz Əjdaha Evinin sezon finalından kliplərin sosial media platformalarında yerləşdirildiyindən xəbərdarıq. HBO klipləri internetdən silir və pərəstişkarları bu bazar gecəsi HBO və Max kanallarında bütün bölümü izləyə bilərlər. "

Günel Məlikzadə