-
- 2-08-2024, 16:09
- 358
"Beşiktaş"ın prezidenti transferini açıqladı
"Beşiktaş" Super Kubok mübarizəsində sabah "Qalatasaray"la oynayacağı matçın son hazırlığını edir.
News24.az xəbər verir ki, prezident Həsən Arat və idarə heyəti üzvləri bu gün keçirilən məşqdə olub, kritik matç öncəsi futbolçularla görüşüb.
Transferlə bağlı açıqlama verən Arat, "Transfer davam edəcək. Hörmətli Hüseyn işini davam etdirir. Skaut komandamız, Səməd bəy işini davam etdirir. Qərar məşqçi ilə birlikdə verilir. Məşqçimizin qərarı çox önəmlidir. Tezliklə daha bir transfer lisenziyası buraxılacaq. Emirhan Topçu “Beşiktaş”ı çox istəyirdi. Uğurlar bol olsun” dedi.
Günel Məlikzadə