Putin: Rusiyada tikinti sənayesi yüksəlişdədir
    • Dünən, 21:40
    • 44

Putin: Rusiyada tikinti sənayesi yüksəlişdədir

"Rusiyanın tikinti sənayesi yüksəlişdədir" 

News24.az xəbər verir ki, bu barədə Vladimir Putin Rusiya hökumətinin üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı əlavə edib ki, inşaatçılar irimiqyaslı problemləri həll ediblər. Xüsusən də qəzalı evlər köçürülüb. 

Bundan əlavə, Rusiyanın regionlarında çoxlu sayda sosial obyektlər - 370-ə yaxın yeni məktəb və 340 tibb müəssisəsi tikilir.

Prezident ayrıca, rayonlarda işləyən tikinti işçilərinin cəsarətini vurğulayıb: "Onlar istiyə baxmayaraq işləməli olurlar".

Baş nazirin müavini Marat Xusnullin də öz növbəsində, 2019-cu ildən bəri ölkədə tikinti həcminin 35 faiz artdığını söyləyib.

Məryəm İlhamqızı