-
- 9-08-2024, 15:06
- 955
Bitkoin 12 % BAHALAŞDI
Kriptovalyuta bazarları bazar ertəsi tarixi satış təzyiqindən sonra itkilərini bərpa etməyə çalışır.
News24.az xəbər verir ki, dünən ABŞ-da açıqlanan işsizlik müavinəti müraciətləri məlumatlarından sonra bazarlarda məşğulluqla bağlı narahatlıqlar azalıb. İşsizlik müavinəti müraciəti 233 min ilə gözləntilərin altında qalıb.
Ən böyük kriptovalyuta olan bitkoin dünən 12 faizdən çox artaraq 61.000 dolları ötüb.
Xatırladaq ki, Bitkoin fevraldan bəri ilk dəfə bazar ertəsi günü 50.000 dollardan aşağı düşüb. 2110 dollara qədər ucuzlaşan Ethereum 2700 dollara yüksəlib.
Günel Məlikzadə